Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Havzova kənd inzibati ərazi dairəsinin sakinləri Taleh Qaraşovun səyyar qəbulundan razı qaldılar

05 oktyabr 2023 | 16:12

     Dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin formalaşmasının baza prinsiplərini təşkil edən davamlı inkişaf, rifah və məmnunluq səviyyəsinin təmin olunması istiqamətində ölkədə mütəmadi addımlar atılır. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar qəbul-görüşünü qrafikə uyğun olaraq oktyabrın 4-də Havzova kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Taleh Qaraşov bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətdə insan amilini önə çəkməsi, vətəndaş-dövlət münasibətlərinə yeni yanaşmanı gətirməsi və məmurlar qarşısında sözügedən istiqamətdə ciddi tələblər qoyması insanların rifah içində, ədalətli toplumda və demokratik dəyərlərin daha güclü olduğu vətəndaş cəmiyyətində yaşamasına xidmət edir. Onun sözlərinə görə, yerlərdə keçirilən səyyar qəbul-görüşlər də vətəndaşla vəzifəli şəxslər arasında birbaşa dialoqun qurulmasına, mövcud problemlərin, çatışmamazlıqların həlli üçün yeni imkanların və çözüm yollarının müəyyən edilməsinə rəvac verir.

    Heç bir müraciətin diqqətdən kənar qalmadığını vurğulayan icra başçısı qaldırılan bütün məsələlərin şəxsən nəzarəti altında olduğunu qeyd edib. Səyyar qəbulda qaldırılan və icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər yerindəcə həllini tapıb, digər məsələlər aidiyyəti üzrə rəsmi müraciət olunmaq üçün qeydiyyata götürülüb.

    Qəbul-görüşdə Havzova kəndinin sakinləri icra başçısına qaldırdıqları problemlərin həllinə yönəlik səmimi yanaşma gördüklərinə görə rayon rəhbərliyinə təşəkkür ediblər.

     Yerli insanlar məmur-vətəndaş arasındakı münasibətlərin daha şəffaf olmasına, qaldırılan problemlərə operativ və nəticəyə yönəlik yanaşma ortaya qoyulmasına, habelə sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər