Girdәniçay üzәrindәki körpü nəqliyyat vasitələrinin hərəkəti üçün müvәqqәti bağlanacaq
19 sentyabr 2025 | 15:59
Sakinlərin nəzərinə!
Azәrbaycan Avtomobil Yolları Dövlәt Agentliyindən (AAYDA) verilən məlumata görə, “Ələt–Astara–İran İslam Respublikası dövlət sərhədi (M3) avtomobil yolu üzərində iki körpünün yenidən qurulması layihəsi” çərçivəsində tikinti işləri ilə əlaqədar yolun 197-ci kilometrindә yerlәşәn Girdәniçay üzәrindәki körpü 20 sentyabr 2025-ci il, saat 09 00-dan işlər bitənə qədər nəqliyyat vasitələrinin hərəkəti üçün müvәqqәti bağlanacaq.
Sürücülərdən və vətəndaşlardan xahiş edirik ki, hərəkətlərini təmin etmək üçün təqdim edilən alternativ yoldan istifadə etsinlər.
Sakinlərimizin nəzərə alması xahiş olunur.





