Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Gərmətük və Velədi sakinləri Taleh Qaraşovun səyyar görüşündən razı qaldılar

26 yanvar 2023 | 12:53

    Yerlərdə cənab Prezidentin siyasətini həyata keçirən dövlət məmurları ali rəhbərliyin göstərişinə uyğun olaraq vətəndaşla dövlət arasındakı qarşılıqlı etimadın və inamın davamlılığını təmin etməkdən ötrü səyyar qəbul-görüşlərini təqvim planına uyğun olaraq davam etdirirlər. Yanvarın 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Gərmətük qəsəbə inzibati ərazi dairəsinin vətəndaşları ilə keçirdiyi görüş də insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədini daşıyıb. Səyyar qəbulda icra başçısı ilə birgə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.      Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı qəbul-görüşdə Lənkəran ŞİH-nin başçısı bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır. Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına qarşı hər zaman həssaslığı ilə seçilən T.Qaraşov onların hər biri ilə yaxından maraqlanıb, istək və qayğılarını dinləyib, qaldırılan məsələlərin yerində həllindən ötrü göstəriş və tapşırıqlarını verib.

    Qarşılıqlı açıq dialoq şəklində baş tutan qəbul-görüşdə Gərmətük qəsəbəsinin və Velədi kəndinin sakinləri onları narahat edən problemləri birbaşa icra başçısına söyləyə bildiklərinə, habelə onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə T.Qaraşova minnətdarlıqlarını ifadə ediblər.

     Qəsəbə sakinləri çıxışlarında dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə göstərdikləri xüsusi diqqət nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını vurğulayıblar.

Keçidlər