Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Dağ kəndi olan Bəliton sakinləri Taleh Qaraşovun səyyar görüşündən razı qalıblar

06 iyun 2024 | 11:53

İyunun 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Bəliton kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Görüş-qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. 

Ucqar dağ kəndlərindən olan Bəlitonda yerli insanların qayğı və problemlərini diqqət və qayğı ilə dinləyən  Taleh Qaraşov bildirib ki, yerlərdə vətəndaşlarla birbaşa dialoqun qurulması, onları narahat edən şəxsi və ümumi məsələlərin həllinə köməklik göstərilməsi məqsədini daşıyan səyyar qəbullar dövlət başçısının xüsusi tapşırığına əsasən keçirilir. Açıq dialoq mühitində baş tutan görüşdə icra başçısı qeyd edib ki, qaldırılan bütün müraciətlər onun şəxsi nəzarətindədir və onların həlli ilə bağlı qanunamüvafiq müddətdə və qaydada vətəndaşlara cavab veriləcək. Görüş-qəbul zamanı Bəliton sakinləri tərəfindən yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətlə qaldırılan bütün məsələlər yerindəcə həllini tapıb, digər məsələlər araşdırılmaq və aidiyyəti üzrə yuxarı qurumlara müraciət olunmaqdan ötrü qeydiyyata götürülüb.

Bəliton kənd inzibati ərazi dairəsinin sakinləri çıxışlarında sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını vurğulayıblar.

 

Keçidlər