Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Boladi kəndinin sakinləri Taleh Qaraşovun səyyar görüş-qəbulundan məmnun qalıblar

10 fevral 2024 | 13:24

     Fevralın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Boladi kəndinin sakinləri ilə keçirib. Görüş-qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak edib. Taleh Qaraşov fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin böyük səs çoxluğu ilə xalqın tələbinə əsasən növbəti müddətə Prezident seçildiyini bildirib, bütün lənkəranlılar adından cənab Prezidenti təbrik edib. İcra başçısı seçkilərdə bütün lənkəranlılar kimi Boladi sakinlərinin də seçici aktivliyi mümayiş etdirdiyini qeyd edib və buna görə hər birinə təşəkkür edib.

    Taleh Qaraşov seçkilərdən sonra ölkəmizin yeni dövrə qədəm qoyduğunu ifadə edib və yerlərdə səyyar görüşlərin keçirilməsinin önəmindən danışıb. Bildirilib ki, məqsəd vətəndaşları birbaşa dinləmək, onları narahat edən problemlərin həllinə köməklik göstərmək və yerlərdə qaldırılan məsələlər barədə aidiyyəti qurumlara müraciətlər ünvanlamaqdır. İcra başçısı yerli sakinlər tərəfindən qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu vurğulayıb, icra hakimiyyətinin səlahiyyətlərinə aid bütün məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanmasını səlahiyyətli şəxslərə tapşırıb.

    Boladi kəndinin sakinləri növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin seçicilərin mütləq çoxluğunun səsini qazanaraq qələbə qazanmasının xalqın ona olan inamının və etimadının göstərici olduğunu qeyd ediblər. Yerli sakinlər aparılan islahatların bundan sonra da davam edəcəyinə inandıqlarını vurğulayıblar və yeni inkişaf dövründə də hər zaman olduğu kimi cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanında olacaqlarını, hər zaman onları dəstəkləyəcəklərini vurğulayıblar.

Keçidlər