Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra şəxsiyyətləri müəyyənləşən 2 şəhidimiz Kərgəlan və Şağlaser kəndlərində dəfn olunub.

08 may 2024 | 17:00

    Mayın 8-də Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimlikləri müəyyən edilən şəhidlərimiz İbad Musayev və Habil İsmayılovla  vida mərasimi keçirilib. Vida mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, yaxınları və rayon ictimaiyyəti iştirak edib. Şəhidlərin xatirəsini yad etmək üçün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi orkestrin ifasında hərbi marş səsləndirilib,  daha sonra yaylım atəşı açılıb.

     Lənkəran ŞİH başçısı Taleh Qaraşov təsəlli olaraq şəhid ailəsinin üzvlərinə cənazəyə bükülən Dövlət bayrağını təqdim edib. İcra başçısı bildirib ki, 30 il keçməsinə baxmayaraq, dövlət I Qarabağ müharibəsində itkin düşən hər bir vətəndaşın kimliyinin müəyyənləşdirilməsi məsələsinə ciddi yanaşır, bu istiqamətdə bütün mümkün və zəruri addımları atır: “Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi göstərişlərinə uyğun olaraq torpaqlarımızın azadlığı, suverenliyimizin təmin olunması, sərhədlərimizin müdafiəsi uğrunda şəhid olan hər bir övladlarımızın xatirəsi daim uca tutulur, şəhid ailələrinin bütün qayğı və problemlərinə həssas yanaşılır, onların həlli istiqamətində bütün imkanlar səfərbər edilir”.

     Şəhid ailələrinin üzvləri də bildiriblər ki, 30 ildir heç bir xəbər almadan hər gün yolunu gözlədikləri, ziyarət edə biləcəkləri məzarları belə olmayan övladlarının həsrətinə məhz dövlətin gücü sayəsində son qoyulub. “Gözüyaşlı övladımızdan bir xəbər alacağımız ümidi ilə 30 il əzabla yaşamağımız artıq bitdi” deyən şəhid ailələrinin üzvləri bu rahatlığı onlara yaşadan dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

     Qeyd edək ki, Birinci Qarabağ müharibəsində İsmayılov Habil Oruc oğlu Xocavənd rayonu, “Şişqaya” yüksəkliyi, Musayev İbad Musarza oğlu isə Füzuli rayonu, Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüblər, 30 il sonra hər iki şəhidimizin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduqları aşkarlanıb və kimlikləri müəyyən edilib.

      Allah rəhmət eləsin!

Keçidlər