Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Balıqçılar qəsəbəsinin sakinləri Taleh Qaraşovun səyyar görüşündən razı qalıblar

08 avqust 2024 | 12:31

  Avqustun 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Balıqçılar qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

  Görüşdə icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

  Ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə qəsəbə sakinlərə məlumat verən icra başçısı yerlərdə səyyar görüşlərin keçirilməsinin əhəmiyyəti barədə danışıb. Bildirilib ki,belə görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.

  Taleh Qaraşov yerli sakinlərin bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin ünvanlanmasını səlahiyyətli şəxslərə tapşırıb. İcra başçısı qeyd edib ki, heç bir müraciət diqqətdən kənarda qalmır və qaldırılan bütün məsələlər şəxsi nəzarətindədir.

  Balıqçılar qəsəbəsinin sakinləri ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinə, regionlarda sürətli inkişaf dinamikasına nail olunmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər