Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“Azərbaycan Respublikasının ilk milli Konstitusiyası dünyəvi dövlət quruculuğunun təminatıdır” mövzusunda dəyirmi masa keçirilib

14 mart 2025 | 12:06

 Martın 13-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq “Azərbaycan Respublikasının ilk milli Konstitusiyası dünyəvi dövlət quruculuğunun təminatıdır” mövzusunda dəyirmi masa keçirilib. &nbsp

 Lənkəran ŞİH-nin, Lənkəran rayonu üzrə təhsil sektorunun və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə baş tutan dəyirmi masada öncə vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən natiqlər cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsinin əhəmiyyətindən danışıblar, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilən Konstitusiyanın ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını qoyduğunu vurğulayıblar. Bildirilib ki, Vətən müharibəsində qazandığımız tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütün ərazilərdə təmin olub.

 

 

Keçidlər