“ASAN xidmət”ə yeni marşurut xətti açıldı
Dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinin təmin edilməsi cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritet istiqamətlərdəndir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN xidmət” mərkəzləri də sözügedən məqsədə xidmət edir. Xəbər verdiyimiz kimi, yanvarın 16-da dövlət başçısı cənab İlham Əliyev tərəfindən Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı həyata keçirilib. Dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən Lənkəran regional “ASAN xidmət” mərkəzi artıq fəaliyyətə başlayıb və Lənkəran, Astara, Lerik və ətraf rayonlardan olan əhaliyə xidmət edir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə (ŞİH) rayon əhalisinin “ASAN xidmət”in fəaliyyətindən daha rahat istifadə etməsi üçün şəhər ərazisindən mərkəzə yeni avtobus xəttinin açılması təmin edilib. Bu gündən etibarən iş günləri səhər 08:00-dan 18:00-dək işləyəcək 2 marşurut 30 dəqiqə intervalla aşağıdakı küçə, prospekt və yollardan keçəcək.
Gediş 1: Mərkəzi Bazar-İ.Səmədzadə küçəsi, H.Aslanov küçəsi, Z.Əliyeva prospekti, Şəhidlər Xiyabanı küçəsi, Ləvəngi dairəsi, Girdəni körpüsündən “ASAN xidmət” mərkəzi
Gediş 2: Mərkəzi Bazar-İ.Səmədzadə küçəsi, Füzuli küçəsi, Kələntərlilər küçəsi, Axund Mirzə Məmmədhüseyn küçəsi, Vaqif küçəsi, Füzuli küçəsi, 4 yol ayırıcı, Kərgəlan dairəsi, Haftoni qəsəbəsi, Spring Hoteldən keçməklə İpək Yolu magistralından “ASAN xidmət” mərkəzi
Dönüş 1: “ASAN xidmət” mərkəzi, Qurumba körpüsü, Girdəni körpüsü, Ləvəngi dairəsi, Şəhidlər Xiyabanı küçəsi, Z.Əliyeva prospekti, M.Mustafaxan küçəsi, Nizami küçəsi, H.Aslanov küçəsi və Mərkəzi Bazar
Dönüş 2: “ASAN xidmət” mərkəzi, Qurumba körpüsü, Şağlaküçə kəndi, Kərgəlan kəndi, 4 yol ayırıcı, Lənkəran-Astara magistral yolu, B.Mirsalayev küçəsi, Füzuli küçəsi və Mərkəzi Bazar.
Qeyd edək ki, gediş haqqı 50 qəpik müəyyən edilib.
Bütün sakinlərimizi təbrik edir, xeyirli olmasını arzu edirik.