Aprel döyüşləri şəhidi Əlizaman İslamovun və Rusif Ağayevin məzarları ziyarət olunub
Aprelin 1-i şəhid İslamov Əlizaman Fərrux oğlunun və Ağayev Rusif İbrahim oğlunun anım günüdür. Aprel döyüşləri zamanı şəhid olan Vətən övladlarının Cil kəndi və Hirkan qəsəbəsindəki məzarları Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və ictimaiyyətin nümayəndələri tərəfindən ziyarət olunub, önünə tər güllər düzülüb, ruhuna dualar edilib.
Şəhər İcra hakimiyyətinin səlahiyyətli şəxsləri şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıblar.
Şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.
Qeyd edək ki, aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub.
Allah rəhmət eləsin!





