Lənkəranda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Oktyabrın 1-də Prokurorluq işçilərinin peşə bayramı Lənkəranda qeyd olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayon prokurorluğunun işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarında Heydər Əliyev Xatirə Parkına gəlib Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Bayram tədbiri rayon prokurorluğunun binasında davam etdirilib. Rayon Prokuroru Elçin Məmmədov tədbirdə çıxış edərək respublikanın prokurorluq orqanlarının keçdiyi 100 illik şərəfli yoldan danışıb. Natiq çıxışında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin davamlı diqqəti sayəsində ölkədə qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının qorunması yolunda, eləcə də cinayətkarlıqla mübarizədə böyük nailiyyətlərin əldə olunduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar.