Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısının Sütəmurdov kəndində səyyar qəbul görüşü keçirilib

19 sentyabr 2018 | 16:00

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 19-da rayonun Sütəmurdov kəndində keçirib. İcra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirak etdikləri görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər yerindəcə araşdırılıb.
   Qəbul zamanı çıxış edən ayrı-ayrı sakinlər son illər ərazidə yolun asfaltlanmasını, turizmin və sitrusçuluğun inkişaf etdirilməsini, mənzillərə içməli su xəttinin çəkilməsini, yeni məktəb binasının təbii qazla təmin olunmasını, mənzillərə təbii qazın və elektrik enerjisinin fasiləsiz verilməsini, eyni zamanda, Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
   Görülmüş işlərlə yanaşı, Sütəmurdov inzibati ərazi dairəsində sosial-iqtisadi inkişafla bağlı bir sıra təkliflər də irəli sürülüb.
   İcra başçısı Taleh Qaraşov sakinləri dinlədikdən sonra çıxış edərək ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin xalqımızı xoşbəxt gələcəyə apardığını, Dövlət başçısının Lənkərana göstərdiyi diqqət və qayğı nəticəsində rayonun infrastrukturunun tamamilə yeniləndiyini, Sütəmurdov kəndində yeni inşa edilən Olimpiya İdman Kompleksinin yeniyetmə və gənclərin sağlam ruhda böyüməsi üçün mühüm rol oynayacağını vurğulayıb, Lənkəranda açılan yeni xalça sexinin xüsusilə qadınların işlə təmin olunmasında əvəzsiz rolundan danışıb, rayonumuzda möhkəm ictimai-siyasi sabitliyin hökm sürdüyünü diqqətə çatdırıb.
   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilati məsələlər şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında ölkəmizdə Xalq-İqtidar birliyinin gündən-günə möhkəmlənərək inkişaf etdiyini, vətəndaşların respublikada baş verən prosesləri düzgün qiymətləndirdiyini bildirib və lənkəranlıları dövlət başçısının ətrafında daha da sıx birləşməyə çağırıb.

 

 

Keçidlər