Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Dini mərasimlər:ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

05 sentyabr 2018 | 16:00

Sentyabrın 5-də Lənkəranda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər  İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər:ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə DQİDK-nin, QMİ-nin məsul işçiləri, dini icma sədrləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
   Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
 Toplantıda çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq rayonda dini zəmində heç bir problemin olmadığını, məscidlərdə dini mərasimlərin keçirilməsi üçün lazımı şəraitin yaradıldığını diqqətə çatdırıb.
   Seminar-müşavirədə çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışaraq İslam dininin milli-mənəvi dəyərlərimizdə,  adət və ənənlərimizdə, həyat tərzimizdə dərin izlər buraxdığını  bildirib.
   Azərbaycanda milli ruhun yüksəlməsində ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edən Komitə sədri  dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli Liderin ölkəmizdə formalaşdırdığı Azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.
   Qeyd olunub ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.
   Müsəlman dünyasında Məhərrəm ayının başlanması və ”Aşura” günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının  “Fətva” verdiyini bildirən M.Qurbanlı Məhərrəmlik mərasimləri zamanı “Fətva”nın müddəalarına ciddi riayyət olunmasının, dini mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini bildirib.
 Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxışında qeyd edib ki, ölkəmizin cənub bölgəsinin əhalisi həmişə dövlətimizə və dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, adət və ənələrimizə sadiq olublar.
   QMİ-nin Qazilər Şurasının “Fətva”sı barədə məlumat verən bütüb Qafqazın Şeyxi “Aşura” günü uşaqların  məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını,  dindarların ayıq-sayıq olmalarını tövsiyə edib.
   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 

Keçidlər