Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Xəmsə” Milli İntellektual oyunu üzrə II Azərbaycan çempionatının zona mərhələsi keçirilmişdir

20 noyabr 2012 | 16:00

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3 bəndinə əsasən gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı məqsədilə 19 noyabr 2012-ci il tarixdə Lənkəran şəhərində Zirvə İdman və Sağlamlıq Mərkəzində Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə II Azərbaycan çempionatının zona mərhələsi keçirilmişdir.
Tədbirdə Lənkəran, Masallı, Cəlilabad, Lerik, Astara və Salyan rayonları üzrə 9 komanda iştirak etmişdir.
Təşkil olunmuş zona mərhələsində Lənkəran şəhər 10 saylı orta məktəbin “A” komandası Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır.

 

Keçidlər