Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısının Separadi kəndində səyyar qəbul görüşü keçirilib

04 sentyabr 2018 | 16:00

03 sentyabr 2018-ci il tarixdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Separadi kəndində keçirib. 

İcra aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər yerindəcə araşdırılıb. Müraciət edən sakinlər arzu və təkliflərini bildirməklə  yanaşı həm də, xalqın rifah-halının yaxşılaşdırılması, sosial məsələlərin həlli istiqamətində dövlət tərəfindən davamlı olaraq həyata keçirilən tədbirləri ürəkdən bəyəndiklərini və Separadi kəndinin sosial-iqtisadi inkişafına göstərilən qayğıdan razılıqlarını ifadə ediblər. Sakinlər çıxışlarında ərazidə 2 müasir məktəbin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsini,  magistral yolun asfaltlanmasını, elektrik enerjisinin fasiləsiz verilməsini, yaşayış evlərinin başdanbaşa qazlaşdırılmasını, aqrar sahədə uğurlu nəticələrin əldə olunmasını, 100 hektara yaxın sitrus bağının salınmasını və 200 nəfər kənd sakinin daimi işlə təmin olunmasını bu qayğının bəhrəsi kimi vurğulayıblar.        

İcra başçısı vətəndaşların təzə məhəllədə yeni transformatorun qoyulması, pay torpaqlarına gedən yolun bərpası, magistral yolda yol nişanlarının qoyulması və bəzi məişət qayğıları ilə bağlı fərdi xahişlərin vaxtda həllindən ötrü məsul şəxslərə müvafiq tapşırıqlar verib.

 

 

Keçidlər