Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısının Şürük kəndində səyyar qəbul görüşü keçirilib

09 avqust 2018 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 8-də rayonun Şürük kəndində keçirib.
    İcra strukturları nümayəndələrinin, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçən görüşdə yerli sakinlərin çıxışları, təklif və arzuları dinlənilib. Qeyd olunub ki, cari ildə Şürük inzibati ərazi dairəsini əhatə edən kəndlərdə 45 hektarda tərəvəz, 36 hektarda sitrus və 26 hektarda meyvə ağacları əkilib. Şəxsi təsərrüfatlarda 654 baş iribuynuzlu və 958 baş xırdabuynuzlu mal-qara, 11500 baş ev quşu, 220 ədəd arı ailəsi bəslənilir. Bu il kənddə 15 hektarda çəltik əkini keçirilib.
  Sakinlər inzibati ərazi dairəsinin yaşayış məntəqələrinə 29 ədəd bulaq sistemli içməli su xəttinin çəkilməsinə, fərdi yaşayış evlərinə mavi yanacağın verilməsinə, həmçinin elektrik təsərrüfatında aparılmış yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.
    Görüşdə həmçinin Şürük kənd tam orta məktəbinin əsaslı təmir olunması, ərazi dairəsi tərkibindəki yaşayış məntəqələrində quraşdırılmış bulaq sistemli içməli su xəttləri şəbəkəsinin artırılması İcra başçısından xahiş olunub.
    T.Qaraşov qaldırılan məsələlərin nəzarətdə saxlanılacağını qeyd edərək bu barədə müvafiq qurumlara tapşırıqlarını verib.

 

 

 

Keçidlər