Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısının Havzova kəndində səyyar qəbul görüşü keçirilib

01 avqust 2018 | 16:00

İyulun 31-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Havzova kəndində keçirib. İcra strukturları nümayəndələrinin, hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçən görüşdə  çıxış edən sakinlər mülahizələrini, təklif və arzularını İcra başçısının diqqətinə çatdırıblar. Ölkə Prezidentinin sərəncamları ilə son illərdə respublikanın bütün rayonlarında olduğu kimi Lənkəranda da gerçəkləşən sosial layihələrdən razılıqlarını bildirən sakinlər Havzova kəndində kəndara yolunun təmir olunduğunu, bu il kənddə çəltik əkininin iki dəfə artırılaraq 1,5 hektara çatdırıldığını, 5 hektarda sitrus və 1 hektarda limon bağının salındığını, bu il ilk dəfə olaraq baramaçılığın inkişafına başlanıldığını və 414 kiloqram məhsulun tədarük edilərək qəbul məntəqəsinə təhvil verildiyini sevinc hissi ilə dilə gətiriblər.
   Görüşdə sakinlər tərəfindən 1 kilometrlik kəndara yolunun asfaltlanması, yeni salınmış yaşayış məhəllələrinə elektrik xətlərinin çəkilməsi, tibb məntəqəsinin və sənətkarlıq evinin təmiri ilə bağlı qaldırılan məsələləri diqqətlə dinləyən İcra başçısı T.Qaraşov onların nəzarətdə saxlanılması və  bu barədə lazımi tədbirlərin görülməsi ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

 

Keçidlər