Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısının Şıxəkəran kəndində səyyar qəbul görüşü keçirilib

26 iyul 2018 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü iyulun 25-də rayonun Şıxəkəran kəndində keçirib. Rayonun İcra strukturları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirak etdikləri görüş zamanı İcra başçısı kənd sakinlərini dinləyərək onların problemləri ilə maraqlanıb. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edərək ölkədə mövcud olan siyasi sabitliyin və əminamanlığın qorunması, hər hansı təxribatçı hərəkətlərin qarşısının alınması sahəsində görülən qətiyyətli tədbirləri müdafiə etdiklərini bildiriblər. Onlar kənddə əhalinin təbii qaz, fasiləsiz elektrik enerjisi, içməli su ilə təchizatı, yolların asfaltlanması sahəsində görülən işlərdən razılıqlarını çatdırıblar. Qeyd olunub ki, sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şərait hesabına kənddə aqrar sahədə işlər intensivləşib, ötən il 30 hektarda əkilmiş çətik sahəsi cari ildə 53 hektara çatdırılıb.         

Rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin Şıxəkəran kənd inzibati ərazi dairəsində də uğurla davam etdiyini qeyd edən T.Qaraşov bu işlərin bundan sonra da görüləcəyini, kənd sakinlərinin arzu və təkliflərinin daim nəzərə alınacağını diqqətə çatdırıb.

 

 

Keçidlər