YAŞILLAŞDIRMA KOMPANİYASINA START VERİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov noyabrın 15-dən dekabrın 15-dək Lənkəranda “Yaşıllaşdırma aylığının keçirilməsi haqqında” müvafiq sərəncam imzalamışdır.
Həmin sərəncama əsasən noyabrın 15-dən bu kampaniyaya start verilmişdir. Noyabrın 17-də kütləvi ağacəkmə kampaniyası keçirilmişdir. Həmin gün rayonumuzun bütün qəsəbə və kəndlərində, Bakı-Astara şose yolunun Lənkəran ərazisi boyunca, o cümlədən, şəhərimizin müxtəlif guşələrində ağacəkmə və yaşıllaşdırma işləri həyata keçirilmişdir.
Gün ərzində 1500 ədədə yaxın dəmirağacı, küknar, palma, Lənkəran akasiyası və s. dekorativ ağac növləri və gül kolları əkilmişdir.
Ağacəkmə kompaniyasında inzibati ərazi dairələrinin nümayəndələri, yerli bələdiyyələr, idarə, müəssisə və təşkilatların işçiləri yaxından iştirak etmişlər.