Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Azərbaycanın dövlət-din modeli:əsas istiqamətlər” mövzusunda ikigünlük regional konfrans keçirilir

05 iyul 2018 | 16:00

İyulun 5-də Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Lənkəran şəhər təşkilatının fəalları, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Konfransda dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılıb.

Toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəran rayonunda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb.
Qeyd olunub ki, hazırda Lənkəran rayonunda fəaliyyət göstərən 83 məcidin 46-sı dövlət qeydiyyatından keçib. Rayonda bütün vətəndaşların özlərinin adət-ənənələrini və dini ayinlərinin icrası üçün lazımi şərait yaradılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması sahəsində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib.

Mübariz Qurbanlı cəmiyyətimizdə gənc nəsli milli-mənəvi dəyərlərə uyğun, milli ruhda yetişdirməyin  olduqca əhəmiyyətli amil olmasına da toxunub. Bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılması, savadlı milli kadrların hazırlanması və milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsinin dövlət-din münasibətlərinin tənzimlənməsi işində müsbət nəticələr verəcəyini qeyd edib. 

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Qəni Axundzadə dinə dövlət qayğısından danışaraq ölkəmizin cənub bölgəsində dini durumun sabit olduğunu bildirib.

Qeyd olunub ki, son illər ölkəmizin bütün bölgələri kimi, Lənkəran rayonu da hər bir sahədə özünün müasir inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonun bir çox dini-tarixi memarlıq abidələri əsaslı şəkildə yenidən qurulub.
Sonda iştirakçılara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çap olunan kitablar paylanılıb.
Regional konfrans öz işini iyulun 6-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.

Keçidlər