Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI

21 iyun 2018 | 16:00

21 iyun 2018-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı  günü münasibətilə tədbir keçirilib.Tədbirdən əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov,  İcra aparatının rəhbər işçiləri və əməkdaşları, müxtəlif təşkilatlarda çalışan dövlət qulluqçuları Heydər Əliyev Xatirə Parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir ŞİH-nin iclas zalında davam etdirilib.İcra başçısı T.Qaraşov dövlət qulluqçularını təbrik edərək qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində dövlət qulluqçularının böyük əməyi vardır. Onlar tapşırılan sahədə səylə çalışır, Vətənə, dövlətə, cəmiyyətə layiqincə xidmət edirlər. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nu dövlət qulluqçularının səmərəli fəaliyyəti üçün geniş imkanlar açıb. Lənkəran rayonunda çalışan dövlət qulluqçuları da social-iqtisadi və mədəni həyatın bütün sahələrində dövlət siyasətinin uğurla həyata keçirilməsindən ötrü səylə çalışırlar. Onların iş və maddi-məişət şəraitinin yaxşılaşmasına,  təhsilinin artırılmasına və iş təcrübəsinin təkmilləşdirilməsinə müntəzəm olaraq  qayğı göstərilir, çalışdığı sahədə fərqlənən dövlət qulluqçularının əməyinin qiymətləndirilməsinə ölkə Prezidenti tərəfindən daim diqqət yetirilir.Sonra Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva dövlət qulluqçularının peşə bayramı münasibətilə məruzə ilə çıxış edib.Tədbirin sonunda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna Lənkəran ŞİH-nin Fəxri Fərmanları təqdim olunub.

Keçidlər