Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Milli Qurtuluş Günü qeyd olunub

16 iyun 2018 | 16:00

15 iyun-Milli Qurtuluş Günü münasibətilə Lənkəranda silsilə tədbirlər keçirilib. Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov və ictimaiyyət nümayəndələri Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin əzəmətli abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra tədbir Lənkəran Dövlət Universitetinin (LDU) turizm-təcrübə bazasının açılış mərasimi ilə davam edib.

Tədbirdə ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edərək Milli Qurtuluş Gününün 25-ci ildönümünün Azərbaycanda böyük ictimai, siyasi və tarixi əhəmiyyət daşıdığını,  Vətənini, xalqını, dövlətini sevən insanlar üçün 1993-cü ilin 15 iyunun əsl qurtuluş tarixi olduğunu bildirib. Azərbaycanın ötən 25 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayan natiq qazanılan bütün nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunduğunu vurğulayıb.

Lənkəranın Heydər Əliyev siyasi kursunun nurunda sürətli inkişaf dövrünü yaşadığını bildirən İcra başçısı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası ilə əlaqədar rayonda böyük işlərin görüldüyünü, onlarla iri həcmli istehsal müəssisələrinin yaradıldığını, minlərlə iş yerlərinin açıldığını, çoxlu sayda təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin tikilib istifadəyə verildiyini diqqətə çatdırıb. Bu ilki Milli Qurtuluş Gününün həm də müqəddəs Ramazan bayramı ilə eyni vaxta düşdüyünü qeyd edən T.Qaraşov hər iki bayram münasibəti ilə bütün lənkəranlıları bir daha səmimi qəlbdən təbrik edərək, bütün ailələrə xoşbəxt həyat, firavan günlər, ölkəmizə isə sülh və əmin-amanlıq  arzulayıb.

Çıxışı zamanı İcra başçısı həmçinin LDU-da son  illərdə    tədris bazasının gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs edərək,   təhsil prosesində  yaradılan şəffaf mühitin, yaradıcılıq ab-havasının rayon ictimaiyyəti  tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb. Natiq yeni turizm-təcrübə bazasını  Lənkəran və bütövlükdə cənub bölgəsi üçün turizmin inkişafı istiqamətində böyük  nailiyyət adlandıraraq, tələbələrə yaradılmış şəraitdən maksimum yararlanmağı tövsiyə edib.
Qeyd edək ki, günün ikinci yarısında şəhərin Heydər Əliyev Xatirə Parkında Milli Qurtuluş Günü münasibətilə təşkil olnmuş bayram konsertində respublikanın tanınmış incəsənət ustaları maraqlı ifalarla çıxış ediblər. Tədbir axşam saatlarında möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Keçidlər