Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans və marafon keçirilib

26 may 2018 | 16:00

Mayın 26-da Lənkəran şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yürüş-marafon keçirilib. Minlərlə gəncin və yeniyetmənin iştirak etdiyi yürüş-marafon Dövlət bayrağı meydanından sart götürərək Heydər Əliyev xatirə parkında Ümummilli Liderin abidəsi qarşısında təntənəli şəkildə başa çatıb.
   Həmin gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
   Konfransdan əvvəl Lənkəran ŞİH başçısı Taleh Qaraşovun başçılığı ilə konfrans iştirakçıları Heydər Əliyev xatirə parkına gəlib Ümummilli Liderin əzəmətli abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində yubileyə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
   Azərbaycan Respublikasının dövlət himni ilə başlayan konfransı giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov 1918-ci ilin mayın 28-ni xalqımızın milli  azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış bir gün kimi dəyərləndirərək  Azərbaycan xalqının məhz həmin tarixi gündə əsrlər boyu  həsrətində olduğu milli azadlığına qovuşduğunu,  müstəmləkə əsarətindən qurtulduğunu və  dövlət müstəqilliyini qazandığını diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, şərqdə ilk dünyəvi dövlət olmuş Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay yaşamasına baxmayaraq qısa müddət ərzində böyük işlər gördüyünü, tarixi xidmətlər göstərdiyini və zəngin dövlətçilik ənənələri formalaşdırdığını önə çəkib. Natiq Ulu Öndər Heydər Əliyevin müdrik düşüncəsi ilə məhv olmaqdan xilas edilmiş və cənab Prezident İlham Əliyevin yorulmaz səyləri ilə sürətlə inkişaf edib dünyanın qabaqcıl dövlərləri sırasına yüksəlmiş bugünkü müstəqil Azərbaycan Respublikasının məhz Xalq Cümhuriyyətinin qanuni varisi olduğunu diqqətə çatdırmaqla, 100 il bundan əvvəl əsası qoyulmuş dövlətimizin bu gün qazandığı nailiyyətlərlə hər bir azərbaycanlının fəxr etdiyini, bu əziz bayramı qürur hissi ilə, alnı-açıq, üzü ağ qarşıladığını bildirib.
   Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məruzələr dinlənilmiş və çıxışlar olmuşdur.

 

 

 

 

Keçidlər