Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər İcra Hakimiyyətində Şura iclası keçirildi

23 may 2018 | 16:00

23 may 2018-ci il tarixdə Lənkəran ŞİH başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclasda “Əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə” məsələ müzakirə olunub və kənd təsərrüfatı əkinlərinin suvarma suyu ilə təmin edilməsi sahəsində görülən işlər barədə Yuxarı Xanbulançay hidroqovşağı istismarı idarəsi rəhbərliyinin hesabatı dinlənilib.       

Şura iclasında çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Lənkəran şəhərində əhaliyə göstərilən kommunal xidmətlərin xeyli yaxşılaşdığını, son illərdə bu mühüm sosial əhəmiyyət daşıyan sahədə  əməli işlərin görüldüyünü qeyd edib. Çoxmənzilli binaların fasad və dam örtüklərinin əsaslı şəkildə yenidən qurulduğunu, əhalinin fasiləsiz olaraq  təbii qaz və elektrik enerjisi ilə təchiz olunduğunu, rabitə, içməli su və kanalizasiya xidmətlərinin səviyyəsinin yüksəldiyini qeyd edən İcra başçısı əhaliyə göstərilən kommunal xidmətlərin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin davamlı olaraq həyata keçirilməsinin və yol verilən nöqsanların dərhal aradan qaldırılmasının vacibliyini də diqqətə çatdırıb.

Sonra İcra başçısı rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə əkin yerlərinin  suvarma suyu ilə təmin edilməsi sahəsində görülən işlər və mövcud suvarma şəbəkəsinin imkanlarından səmərəli istifadə olunması ilə əlaqədar məsul şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını verib.

 

Keçidlər