Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AD GÜNÜ ÜMUMXALQ SEVGİSİ İLƏ QEYD OLUNDU

10 may 2018 | 16:00

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri,  görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Lənkəranda böyük təntənə ilə qeyd olunub.  Səhər saatlarından başlayaraq  Ulu Öndərin adını daşıyan xatirə parkında əsl xalq məhəbbəti yaşanıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərə öz ehtiramını bildirib. Daha sonra rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Ümummilli Liderin abidə kompleksinin önünə gül-çiçək dəstələri düzərək, xalq məhəbbəti nümayiş etdiriblər. Bundan sonra dahi rəhbərin abidəsi önündə ümumxalq ziyarəti başlanıb.
   Gülqoyma mərasimindən sonra İcra başçısı T.Qaraşov və İcra aparatının rəsmiləri Heydər Əliyev Mərkəzinə baş çəkərək Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

 

 

 

Keçidlər