Beynəlxalq avtoyürüşün iştirakçıları Lənkəranda
07 may 2018 | 16:00
5 may 2018-ci il tarixdə Hindistan hökumətinin dəstəyi ilə Kalinqa Avtomobil İdman klubu tərəfindən təşkil olunmuş “Hindistan-Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə avtomobil yürüşü” iştirakçıları İran-Azərbaycan sərhəddini keçərək Lənkəran şəhərinə gəliblər. Şəhərin “Qafqaz sahil” otelində qısa müddətli istirahətdən və nahardan sonra Dövlət bayrağı meydanında yürüş iştirakçılarının Bakı şəhərinə təntələli yolasalma mərasimi keçirilib.
Mərasimdə Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, İcra hakimiyyəti başçısı aparatının rəsmiləri, şəhər ictimaiyyəti nümayəndələri və gənclər iştirak ediblər.