Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda multikulturalizmə aid ictimai müzakirə

30 aprel 2018 | 16:00

Aprelin 30-da Lənkəran şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının cənub bölgəsi rayonlarının ictimaiyyətinə təqdimatına və ictimai müzakirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini  Gündüz İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli, Lənkəran, Astara və Lerik rayonları ictimaiyyəti nümayəndələri  şəhərin Heydər Əliyev Xatirə parkına gəlib Ümummilli Liderin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.            

Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu kitabda Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunu böyük uğurla davam etdirən cənab Prezident İlham Əliyevin ölkəmizdə multikultural dəyərlərin formalaşması və möhkəmlənməsi istiqamətində həyata keçirdikləri misilsiz fəaliyyət barədə çox dəyərli fikirlər toplanıb. Bu fikirlər bir daha sübut edir ki, məhz Ulu Öndərin dərin düşüncəsi ilə müəyyənləşmiş  milli siyasətin cənab Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi millətlərarası münasibətlər sahəsində tolerantlığı, həmrəyliyi və ümumazərbaycan mənafeyi naminə birgə yaşayışı təmin edib, müxtəlif millətlərin və xalqların dostluq və qardaşlığını, onların arasında qarşılıqlı anlaşmanı daha da möhkəmləndirib. Gərgin münaqişələr dövrünü yaşayan müasir dünyada Azərbaycanın nümunəvi tolerant cəmiyyətinə görə sabitlik adası kimi tanınmasının qürurverici olduğunu vurğulayan İcra başçısı bu sahədə əldə olunan uğurları Heydər Əliyev milli siyasətinin bəhrəsi oldugunu və kitabda bu barədə geniş məlumatların verilməsinin multukulturalizmin Azərbaycan modelinin dünyada təbliğində və geniş yayılmasında böyük əhəmiyyəti olacağını diqqətə çatdırıb.       

Müzakirələr zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini  Gündüz İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli, Lənkəran ŞTŞ-nın müdir müavini Güloğlan Bağırov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov  tədbirdə çıxış edib kitab barədə fikirlərini  tədbir iştirakçıları ilə bölüşüblər.   

İcra başçısı tədbirdə yekun sözü söyləyib.

 

 

 

 

Keçidlər