Lənkəranda uşaq evində Novruz şənliyi
19 mart 2018 | 16:00
19 mart 2018-ci il tarixdə Lənkəran şəhərində Osman Mirzəyev adına qarışıq tipli uşaq evində Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Novruz bayramı tədbiri keçirilib. Bayramsayağı bəzədilmiş uşaq evinin yeməkxanasında uşaqlar üçün Novruz bayramı ənənələrinə uyğun süfrə açılıb. Yerli incəsənət ustalarının mahnı çələngi, Bahar qızın ürəkaçan təbriki, Keçəl və Kosanın əylənçəli çıxışları uşaqlara sonsuz bayram sevinci bəxş edib.
Lənkəran ŞİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva şənlikdə çıxış edib uşaqları təbrik edərək onlara xoş arzularını çatdırıb.