“HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCA NIN KONSTİTUSİYASI” MÖVZUSUNDA KONFRANS
Noyabr ayının 12-də Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Dövlət İdarəçilik Universitetində Müstəqil Azərbaycan Konstitusiyası gününə həsr olunmuş konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli açmış,12 noyabr 1995-ci il tarixində Müstəqil Azərbaycan Konstitusiyasının qəbul edilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna fəaliyyətini diqqətə çatdırmışdır.
Sonra Lənkəran Dövlət Universitetinin müəllimi, tarix elmləri namizədi Rakif İbadov “Heydər Əliyev və Müstəqil Azərbaycanın Konstitusiyası” mövzusunda məruzə etmişdir.
Məruzə ətrafında Lənkəran Qeydiyyat İdarəsinin məsləhətçisi Bəxtiyar Tağıyev, Lənkəran rayon Məhkəməsinin məsləhətçisi Zaur Qasımov, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Məhəmməd Abasquliyev çıxış etmiş, rəy və mülahizələrini söyləmişlər.