Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ KƏND TƏSƏRRÜFATI VƏ ƏRZAQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKASI KEÇİRİLİB

18 mart 2018 | 16:00

Martın 17-18-də rayonun Velədi kəndi ərazisində Novruz bayramı münasibəti ilə kənd təsərrüfatı və ərzaq məhsullarının növbəti satış-yarmarkası keçirilib. Yarmarkaya Lənkərаn və ətrаf rаyоnlаrdа, həmçinin Bаkı şəhərində fəаliyyət göstərən  firmа və şirkət tərəfindən 40 tona yaxın müxtəlif növ yeyinti məhsulları, meyvə-tərəvəz və şirniyyat, o cümlədən yerli sakinlərin həyətyani sahələrində becərdikləri müxtəlif növ sitrus meyvələri çıxarılıb.
    Yarmarkanın keçirilməsində əsas məqsəd bazarda süni qiymət artımının qarşısını almaq olub. Belə ki, rayon sakinləri satışa çıxarılan məhsullaı bazar qiymətindən 25-30 faiz aşağı qiymətə almaq imkanı qazanıblar.
    Gün ərzində davam edən yarmarkaya Lənkəran əhər İcra Hakimiyyəti aparatının məsul işçiləri və müvafiq qurumların rəhbərləri baş çəkərək burada yaradılmış şəraitlə, həmçinin məhsulların qiymətləri ilə maraqlanıblar.
     Qeyd edək ki, kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası bayram günləri də davam edəcək.

 

 

 

Keçidlər