Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısı Səpnəkəranda vətəndaşlarla görüşdü

13 mart 2018 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Səpnəkəran inzibati ərazi vahidliyində yerli sakinlərlə növbəti səyyar qəbul-görüşünü keçirib. Rayonun hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə keçən tədbirdə İcra başçısı Taleh Qaraşov görüş iştirakçılarını salamlayaraq  onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Natiq əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində ölkə iqtisadiyyatının ilbəil artdığını, sosial-iqtisadi inkişafın daha da sürətləndiyini, vətəndaşların rifah halının, həyat şəraitinin gündən-günə yaxşılaşdığını qeyd edib. Cənab Prezidentin müdrik düşüncəsi ilə həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə dinamik inkişafın təmin edildiyini, respublikanın bütün bölgələrində, o cümlədən Lənkəran rayonunda genişmiqyaslı tikinti-abadlıq, quruculuq işlərinin görüldüyünü vurğulayan T.Qaraşov səpnəkəranlıların da ölkənin ictimai-siyasi həyatında fəal olacaqlarına, cənab Prezidentin diqqət və qayğısına əməli fəaliyyətləri ilə cavab verəcəklərinə,  respublikamızın, rayonumuzun inkişafı üçün səylə çalışacaqlarına əmin olduğunu bildirib.      
    Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar görülən işlərə görə minnətdarlıqlarını bildirdməklə, həmçinin fikir və mülahizələrini dilə gətiriblər.
     İcra başçısı T.Qaraşov sakinlər tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verib.

 

Keçidlər