Lənkəran ŞİH-də aparat müşavirəsi keçirilib
Martın 12-də Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) növbəti Aparat müşavirəsi keçirilib. Müşavirədə İcra Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov müşavirədə çıxış edib yaz mövsümünün gəlişi ilə əlaqədar yerlərdə abadlıq-quruculuq işləri, yaşıllıqların salınması və bərpası ilə əlaqədar təsdiq olunmuş tədbirlər planının icrası ilə bağlı fikirlərini bildirib. Sonra İcra başçısının birinci müavini Möhübbət Babayev şəhər ərazisində, rayonun qəsəbə və kəndlərində, magistral yollar boyunca divarların, hasar və bardürlərin rənglənməsi, şəhərin park və bağlarında yaşıllıq zolaqlarının genişləndirilməsi, ağac və gül kollarının əkilməsi ilə bağlı görülmüş işlər barədə məlumat vermişdir. Məsələ ətrafında müzakirələr zamanı çıxış edən natiqlər qeyd olunan sahələrdə nöqsanların aradan qaldırılması və işin daha da sürətləndirilməsi ilə bağlı fikir və təkliflərini söyləyiblər.
İcra başçısı müşavirəni yekunlaşdıraraq sözügedən məsələlərə diqqətin artırılması, yaşıllıqlara qulluq edilməsi, yeni yaşıllıqların salınması, yaz əkin işlərinin mütəşəkkil keçirilməsi, eləcə də Novruz bayramı ilə əlaqədar yerlərdə mədəni-quruculuq tədbirlərinin keyfiyyətlə görülməsini tövsiyə etməklə bağlı müvafiq tapşırıqlarını verib.