Lənkəranda Novruz bayramı ilə əlaqədar yarmarka keçirildi
10 mart 2018 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq 10 mart 2018-ci il tarixdən Lənkəranda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı, meyvə tərəvəz, ət, süd və digər ərzaq məhsullarının satışı yarmarkası keçirildi. Yarmarkada rayon sahibkarları, fermerlər və fərdi təsərrüfatçılar məhsullarını bazar qiymətlərindən 25-30 faiz ucuz qiymətə istehlakçılara təklif edirlər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov yarmarkda olmuş, məhsulların çeşidi və qiymətləri barədə məlumatlandırılmışdır. Şəhər və kənd ərazilərindən 1500-2000 nəfər yarmarkada iştirak etmişlər. Yarmarka bayram günlərinədək davam etdiriləcəkdir.