Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü keçirib

12 mart 2018 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH)  başçısı Taleh Qaraşov vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü martın 10-da rayonun Hirkan qəsəbəsində keçirib.  
Rayonun hüquq mühafizə orqanlarının, müvafiq idarə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin və yerli əhalinin iştirak etdiyi tədbirdə T.Qaraşov  sakinləri salamlayaraq əvvəlki görüşlərdə qaldırılan problemlərin artıq olmadığını, bunun ürəkkaçan fakt olduğunu bildirib. Problemlərin həllində yerli sakinlərin də yüksək əməyini qeyd edən İcra başçısı onlara minnətdarlığını çatdırıb. Bildirib ki, son dövrlərdə respublikanın hər yerində olduğu kimi Lənkəranda da quruculuq-abadlıq işləri geniş vüsət alıb. Təkcə son beş ildə rayonda onlarla yeni məktəb binaları inşa edilib, ucqar ərazilərə gedən avtomobil yolları təmir olunub, yeni körpülər salınıb,  əksər yaşayış məntəqələri qazlaşdırılıb, əhalinin dayanıqlı elektrik enerjisi təchizatı yaxşılaşdırılıb.
     T.Qaraşov bu il Hirkan qəsəbəsi ərazisində də elektrik xətt təsərrüfatının tamamilə yeniləşdiriləcəyini, rayonda qazlaşdırma işlərin davam etdiriləcəyini bildirib. 
     Qazanılan bütün uğurların  ilk növbədə Ulu Öndər Heydər Əliyevin siyasi varisi, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin gərgin və səmərəli fəaliyyətinin bəhrələri olduğunu qeyd edən icra başçısı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi böyük layihələrdən söz açıb.
   İcra başçısı eyni zamanda kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə diqqətin artırılmasının vacibliyi məsələsinə toxunaraq istifadəsiz qalan torpaq sahələrinin əkin dövriyəsinə qaytarılmasının vacibliyini xüsusi qeyd edib. Natiq vaxtilə Hirkanda ixtisaslaşdırılmış çayçılıq təsərrüfatının olduğunu və çay emalı fabrikinin fəaliyyət göstərdiyini xatırladaraq bu sahənin dirçəldilməsi üçün yeni imkanların yarandığını, ölkə başçısının sərəncamları ilə çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişaf etdirilməsi məqsədilə Dövlət Proqramlarının qəbul edildiyini bildirib. Natiq ölkə başçısının kənd təsərrüfatının inkişafı üçün yaratdığı imkanlardan maksimum istifadə etməklə yerli sakinləri ölkədə ərzaq bolluğuna sanballı töhfələrini verməyə çağırıb. 
      Görüşdə yerli sakinlər çıxış edərək son vaxtlar Hirkan qəsəbəsi ərazisində görülmüş abadlıq-quruculuq işlərini təqdir edərək, bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını çatdırmaqla eyni zamanda təklif və mülahizələrini söyləyiblər.
       Görüşü yekunlaşdıran T.Qaraşov əhali tərəfindən qaldırılan məsələlərin araşdırılaraq tədbir görülməsi üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verib.

 

 

Keçidlər