Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısı vətəndaşlarla səyyar qəbul-görüş keçirib

10 mart 2018 | 16:00

9 mart 2018-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Şıxəkəran kənd inzibati ərazi dairəsində səyyar qəbul-görüş keçirib. Görüşdə rayonun kənd təsərrüfatı ilə bağlı təşkilatlarının, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi görüşdə İcra başçısı çıxış edib Lənkəran şəhərinin və rayonun inzibati ərazi dairələrinə daxil olan yaşayış məntəqələrinin, habelə Şıxəkəran kəndinin sosial- iqtisadi inkişafı sahəsində dövlət səviyyəsində görülən işlər barədə ətraflı məlumat verərək əhalinin fasiləsiz elektrik enerjisi,  təbii qaz və içməli su ilə təchizatı vəziyyətinin, xüsusilə yol infrastrukrurunun yaxşılaşdırılması və digər mədəni-quruculuq məsələləri ilə əlaqədar həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

Natiq son illərdə rayonda sahibkarlığın inkişafına verilən dövlət dəstəyi hesabına Şıxəkəran kənd inzibati ərazi dairəsində də  müəyyən işlərin görüldüyünü, xüsusilə kənd təsərrüfatı sahəsində bu işlərin daha da intensivləşdiyini və cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan güzəştlərdən, ayrılan subsidiyalardan səmərəli istifadə olunmasına diqqətin artmasının yaxşı hal olduğunu, bunun hesabına əkin sahələrinin genişləndiyini, daha çox kənd sakinin işə cəlb olunmasına yeni imkanların yarandığını diqqətə çatdırıb. İcra başçısı sadaladığı işlərin daha da sürətlənəcəyinə əminliyini ifadə edrək kənd sakinlərini bu sahədə fəal olmağa səsləyib.   

Görüşdə çıxış edən kənd sakinləri  onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.        

İcra başçısı görüşdə səsləndirilmiş kənddaxili yollar, kənd təsərrüfatı işləri, suvarma və bir sıra digər məsələlərə aid təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.

 

 

Keçidlər