Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ KONSTİTUSİYA GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR

13 noyabr 2012 | 16:00

12 noyabr Konstitusiya günü respublikanın digər bölgələrində olduğu kimi Lənkəranda da müxtəlif tədbirlərlə qeyd edilmişdir. Belə tədbirlərdən biri də Heydər Əliyev Mərkəzində keçirilmişdir. Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri və mətbuat nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə Mərkəzin direktoru Seyidzadə Şəfiyeva açaraq iştirakçıları Konstitusiya günü münasibətilə təbrik etmişdir. Kontitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, həmçinin digər cəmiyyətlərlə qarşılıqlı münasibətlər qurmasında əsas vasitə olduğunu bildirən S.Şəfiyeva bu ali qanunvericilik aktının qəbulunu xalqımızın növbəti nailiyyətlərindən və tariximizin ən parlaq hadisələrindən biri kimi qiymətləndirmişdir. Əlavə etmişdir ki, məhz bu səbəbdən 12 noyabr 1995-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır.
Sonra Mərkəzin fond müdiri Aygün İbrahimova çıxış edərək Azərbaycan Konstitusiyasının qəbul olunması tarixindən və Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə apardığı uğurlu və əvəzolunmaz xidmətlərindən danışmışdır. O bildirmişdir ki, Azərbaycan Konstitusiyası Heydər Əliyevin şah əsəridir.
Tədbirdə həmçinin iştirakçılara Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunmuşdur.
Sonda tələbələr Heydər Əliyev Mərkəzində Ümummilli Liderin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə yaxından tanış olmuşlar.
Tələbələri maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.
 

Keçidlər