Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısı Gərmətük qəsəbəsində sakinlərlə görüşdü

09 mart 2018 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Gərmətük qəsəbəsində sakinlərlə görüş keçirib.  Rayonun hüquq-mühafizə orqanlarının,  xidmət sahələrinin, əlaqədar təşkilatların rəhbərlərinin, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə İcra başçısı çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində ölkədə iqtisadiyyatın ilbəil artdığını, sosial-iqtisadi inkişafın daha da sürətləndiyini, vətəndaşların həyat şəraitinin durmadan yaxşılaşdığını diqqətə çatdırıb.  Natiq cənab Prezidentin müdrik düşüncəsi ilə həyata keçirilən islahatlar kursunun bütün sahələrdə dinamik  inkişafı təmin ediyini, hər yerdə genişmiqyaslı tikinti-abadlıq, mədəni quruculuq işlərinin görüldüyünü söyləyib. Ölkə başçısının ardıcıl sərəncamları hesabına Lənkəran şəhərinin, bütövlükdə rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndiyini  və bu davamlı inkişafın hər yer kimi Gərmətük qəsəbəsində də göz önündə olduğunu vurğulayan natiq qəsəbə sakinlərinin bundan sonra da ictimai-siyasi həyatda fəal olacaqlarına, cənab Prezidentin bu misilsiz qayğısına əməli fəaliyyətləri ilə və Heydər Əliyev siyasi kursuna sadiqlik hissi ilə cavab verəcəklərinə,  Azərbaycanın tərəqqisi naminə səylə çalışacaqlarına əmin olduğunu bildirib.       
    Qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən əvəzsiz qayğı və diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildirməklə yanaşı bəzi yerli əhəmiyyətli məsələrlə bağlı fikir və mülahizələrini də diqqətə çatdırıblar. Görüşü yekunlaşdıran İcra başçısı çıxışlarda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

 

 

 

Keçidlər