Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 8 Mart- Beynəlxalq qadınlar bayramı qeyd olundu

08 mart 2018 | 16:00

7 mart 2018-ci il tarixdə Lənkəran şəhərinin “Dörd fəsil” turizm və istirahət mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar bayramı münasibətilə şənlik keçirilib.  

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçən şənlikdə İcra başçısı Taleh Qaraşov çıxış edərək qadınların ictimai-siyasi həyatda fəal mövqe tutduqlarını, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə qadınların ölkənin inkişafında rolunun daha da artdığını, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ibrətamiz fəaliyyətinin buna ən gözəl nümunə olduğunu diqqətə çatdırmaqla rayon qadınlarını təbrik edib onlara ən xoş arzularını çatdırıb. Sonra İcra başçısı rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanlarını və qiymətli hədiyyələr təqdim edib. Rayonun bədii özfəaliyyət kollektivlərinin və uşaq musiqi məktəbləri şagirdlərinin ifasında səslənən konsert proqramı şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

 

 

Keçidlər