Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran ŞİH başçısının rayon ziyalıları ilə görüşü keçirilib

05 mart 2018 | 16:00

05 mart 2018-ci il tarixdə Lənkəran şəhərindəki  Heydər Əliyev Mərkəzində İcra başçısı Taleh Qaraşovun rayon ziyalıları ilə görüşü keçirilib. Görüşü açan İcra başçısı dünyada baş verən qlobal hadisələr fonunda ölkədə sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində baş verən müsbət dəyişiliklərdən geniş söhbət açaraq əldə olunmuş uğurları bir daha görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Natiq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl səyləri ilə son illərdə ölkə iqtisadiyyatı inkluziv şəkil almış və dayanıqlı inkişaf tempini saxlamışdır.  Əldə olunmuş iqtisadi imkanlar hesabına ölkənin hər yerində, o cümlədən Lənkəran rayonunda  tikinti-abadlıq və mədəni quruculuq işləri daha da genişləndiyini və sürətləndiyini vurğulayan natiq cənab Prezidentin müvafiq sərəncamları ilə rayonda iri həcmli yol layihələrinin icra olunduğunu, çoxmənzilli yaşayış binalarında əsaslı bərkitmə-gücləndirmə işlərinin görüldüyünü, dam örtüklərinin əsaslı təmir olunduğunu diqqətə çatdırmış və bütün bu işlərin sakinlərin çoxillik arzusu kimi gerçəkləşdiyini qeyd etmişdir.  Eyni zamanda İcra başçısı rayonda təzə məktəblərin, səhiyyə müəssisələrinin, mədəniyyət və turizm obyektlərinin tikilib istifadəyə verilməsini  cənab Prezidentin ölkə vətəndaşlarının təhsilinə, sağlamlığına, həyat şəraitinin yaxşılaşmasına göstərdiyi ardıcıl diqqətin bəhrəsi olduğunu bildirərə hər bir ziyalını ictimai-siyasi həyatda daha da fəal olmağa, cəmiyyətin inkişafında bilik, bacarıq və səmərəli fəaliyyəti ilə yaxından iştirak etməyə dəvət etmişdir.
     Görüşdə çıxış edən ziyalılar  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti tamamilə dəstəklədiklərini, sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlarla qürur duyduqlarını ifadə edərək ölkədə elmin, təhsilin, səhiyyə və mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən işləri, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən siyasətin milli maraqlara xidmət etdiyini xüsusi vurğulamış və Lənkəran şəhərində həyata keçirilən quruculuq-abadlıq işlərinə və əhalini narahat edən çoxillik problemlərin həllinə göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər