Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA XOCALI SOYQIRIMI QURBANLARI EHTİRAMLA ANILIB

26 fevral 2018 | 16:00

Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi Lənkəranda həmişə ehtiramla yad olunur.
   Faciənin 26-cı ildönümü ilə əlaqədar fevralın 26-da şəhərin mərkəzində Azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı Ana heykəli qarşısında  anım mərasimi keçirilib.  Mərasim zamanı Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti abidə-kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər. Mərasimdə gənclərin ifasında musiqili bədii kompozisiya səsləndirilib.
     Sonra xatirə tədbiri Lənkəran Dövlət Dram Teatrında  yazıçı-publisist Ağaddin Babayevin Xocalı faciəsinə həsr edilmiş “Şəhid şəhər” tamaşası ilə davam etdirilib. 
    Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun iştirak etdiyi tamaşada 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı quldur dəstələri və rus hərbi birləşmələrinin Xocalı şəhərinə qəfləti hucumu zamanı amansızlıqla öldürülən, doğma yurd-yuvalarından didərgin düşən günahsız  insanların faciəli taleyi, onların vətənpərvərlik hissləri, psixoloji və mənəvi durumu təsirli səhnələrlə əks etdirilib.
   Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində Xocalı soyqırımına həsr edilmiş dərslər, rayonun idarə, müəssisə və təşkilatlarında, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil edilərək soyqırım qurbanlarının xatirəsi ehtiramla yad olunub.

 

 

Keçidlər