Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda xeyriyyə aksiyası keçirib

05 fevral 2018 | 16:00

Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının Cardio Centerin həkim briqadası baş həkim Ülvi Mirzəyevin rəhbərliyi ilə fevralın 4-də Lənkəranda xeyriyyə aksiyası keçirib. Aksiya şəhərdəki tibb mərkəzinin binasında baş tutub.
      Səhər saatlarından başlayan aksiya zamanı ürək-damar xəstəliklərindən əziyyət çəkən 100-dən çox rayon sakininə yerindəcə təmənnasız müvafiq tibbi yardım göstərilib və onlara lazımi tövsiyələr verilib.
      Xeyriyyə aksiyasından yararlanan rayon sakinləri onlara göstərilən xidmətdən razı qalıqlarını bildirərək, bu şəraiti yaradan insanlara təşəkkürlərini çatdırıblar.

 

 

 

 

 

Keçidlər