Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 2 fevral-Gənclər Günü qeyd olunub

31 yanvar 2018 | 16:00

Lənkəranda 2 fevral - Gənclər Günü qeyd olunub. Bu münasibətilə yanvarın 31-də şəhərin Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə gənclərin ümumrayon toplantısı keçirilib.
     Tədbirdən öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  və tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
     Toplantını giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov gəncləri onların bayramları münasibətilə təbrik edərək, xoş və səmimi arzularını çatdırıb. Natiq Gənclər Gününün təsis olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu,1996-cı il fevralın 2-də gənclərin 1-ci forumu keçirildiyini, 1997-ci ildə isə Ümummilli Liderin Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Gününün bayram edildiyini bildirinb.
     İcra başçısı gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, bu gün lənkəranlı gənclərin də ölkənin, eləcə də rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini, ölkənin tərəqqisi naminə səylə çalışdıqlarını diqqətə çatdırıb.
       Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov toplantıda 2 Fevral – Gənclər Günü ilə bağlı məruzə edib.
     Tədbirdə həmçinin gənclər çıxış edərək gənclərin rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakından, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsindən, gənc istedadlara dövlət qayğısının artırılmasından, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsindən və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməsindən söz açıblar.

 

 

Keçidlər