Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda yeni içməli su xətti istifadəyə verildi

22 dekabr 2017 | 16:00

 

  22 dekabr 2017-ci il tarixdə Lənkəran rayonunun Xolmili kəndində yeni içməli su xəttinin açılış mərasimi keçirilib. Təntənəli mərasimdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov,  “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, tikinti təşkilatının təmsilçiləri, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
  İcra başçısı Taleh Qaraşov mərasimdə çıxış etmiş, cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində görülən misilsiz işlər barədə ətraflı danışmış və bu istiqamətdə həyata keçirilən layihələrin Lənkəranda da uğurla həyata keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Natiq ölkə başçısının fəaliyyətinin əsasında Azərbaycan vətəndaşının, onun firəvan həyatının təmin olunmasının durduğunu və genişmiqyaslı mədəni-quruculuq işlərinin, yaşayış məntəqələrinin kütləvi qazlaşdırılmasının, yeni asfalt yolların, körpülərin salınmasını, çoxlu sayda sosial obyektlərin tikintisinin, o cümlədən yeni istifadəyə verilən yüksək keyfiyyətli içməli su xəttlərinin çəkilişinin məhz bu amala xidmət etdiyini xüsusi vurğulayıb.
  Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Azərsu ASC-nin sədr müavini İlqar Tağıyev, kənd ziyalısı Qasım Əliyev çıxış edib yeni içməli su xəttinin istifadəyə verilməsini kəndin sosial-mədəni həyatında mühüm hadisə kimi dəyərləndiriblər.
  Sonda İcra başçısı və qonaqların xeyir-duası ilə yeni su xətti açılıb.
  Açılış zamanı kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevin ünvanına minnətdarlıq ifadə ediblər.

Keçidlər