Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM MƏRASİMİ KEÇİRİLİB

12 dekabr 2017 | 16:00

   Dekabrın 12-də Azərbaycan xalqının böyük oğlu, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin vəfatının 14-cü il münasibətilə Lənkəranda ümumrayon anım mərasimi keçirilib.
  Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin əzəmətli abidəsini ziyarət edərək önünə təzə-tər gül dəstələri düzüblər.
   Daha sonra ayrı-ayrı idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyət nümayəndələri, sadə zəhmət adamları əllərində gül-çiçəklə abidənin önünə gələrək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
    Tədbirin davamı olaraq Lənkəran Dövlət Universitetinin Böyük Akt zalında “Əbədiyaşar Ümummilli Liderimiz” adlı konfrans keçirilib.

Keçidlər