Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Payızın Lənkərana vurduğu qızılı naxışlar

05 dekabr 2017 | 16:00

 Yaşıllıqlar diyarı olan Lənkəranda payız fəsli özünəməxsus gözəlliyi ilə seçilir. Ətrafda sanki hər şey qızılı rəngə boyanıb.
Talış meşələrində dəmirağacı, palıd, azad, çökə, şümşad baş-başa verərək qızılı panno yaradır, baxdıqca baxmaq istəyirsən.
Dəmirağaclarının səf-səf əkildiyi Lənkəran şəhərinin Qala xiyabanının, təbiətin yaddaş kitabı olan Hirkan meşələrinin əsrarəngiz gözəllikləri bura yolu düşənləri valeh edir. Sapsarı narıngilərin, portağalların, limonların ətri insanı özünə cəlb edir.
Əziz oxucu, bu gözəlliyi seyr etmək, təbiətdən zövq almaq istəyirsənsə, payızın Lənkərana vurduğu qızılı naxışlarla sən də tanış ol...

Keçidlər