Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

DÖVLƏT BAYRAĞI GÜNÜ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLDİ

09 noyabr 2012 | 16:00

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət Bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Dövlət Bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvoludur. Bu Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzidir.
Azərbaycan Bayrağı – Azərbaycan vətəndaşlarının namus və qeyrət emblemi olub, dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqidir.
Azərbaycanın Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin dövlət rəmzlərinə olan böyük ehtiramının davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Dövlət Bayraq Meydanının yaradılması haqqında və bu tarixdən iki il sonra – 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında Sərəncamlar imzalamışdır. Hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənəli şəkildə qeyd edilir.
Noyabrın 8-də Dövlət Bayrağı Günü münasibətilə Lənkərandakı Dövlət Bayrağı Meydanında bayram tədbiri keçirildi.
“Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq – öz yurduma öz hakimliyim” adlı bayram tədbirində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının və rayonumuzun incəsənət ustalarının ifasında bir-birindən maraqlı şeirlər səsləndi, rəngarəng mahnılar ifa olundu.
Bayram tədbirində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, tələbələr və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
 

Keçidlər