Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda gənc oftalmoloqların XI respublika konfransı keçirilib

24 noyabr 2017 | 16:00

Noyabrın 24-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Müasir oftalmologiyanın problemleri və son nailiyyətləri” mövzusunda gənc  oftalmoloqların XI respublika konfransı keçirilib.  Tədbirdən öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə Parkında Ümummilli Lider Heydər Əliyevin abidə si önünə gül düzüb.
     Konfransda Naxçıvan Muxtar Respublikasının, Gəncə və Şirvan şəhərlərinin, Xızı, Masallı, Lənkəran və digər rayonların gənc oftalmoloqları, akademik  Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları, Azərbaycan Tibb Universitetinin müəllimləri iştirak ediblər.
  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin  sədri, respublikanın baş oftalmoloqu, professor Elmar Qasımov çıxışında konfransın keçirilməsində məqsədin gənc kadrların peşəkarlığının artırılmasına dəstək verməkdən ibarət olduğunu bildirib.
    Ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan E.Qasımov   Azərbaycanda səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıldığını qeyd edib.
    Bildirilib ki, ölkəmizə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirlən konfranslarda da əsas məqsəd oftalmologiyanın beynəlxalq standartlara çatdırılması olub.
    Azərbaycanda oftalmologiya sahəsində bir çox yeniliklərin tətbiq olunduğunu diqqətə çatdıran E.Qasımov akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filiallarının ən son texnoloji avadanlıqla təchiz olunduğunu,  klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olduğunu, Mərkəz  tərəfindən pasientlərə regionlarda səyyar xidmət göstərildiyini vurğulayıb.
    Konfransda çıxış edən tibb elmləri doktoru Hicran Namazova, professorlar Kərəm Kərəmov, Paşa Qəlbinur Musayev və Çingiz Cərullazadə müasir oftalmologiyanın son nailiyyətlərindən və akademik  Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qazandığı uğurlardan danışıblar.
   Tədbirdə lənkəranlı oftalmoloqların qarşılaşdıqları problemlərdən də söz açılıb, xəstəliklərin aradan qaldırılması ilə bağlı  fikir mübadiləsi aparılıb.
      Konfransın sonunda gənc oftalmoloqlara sertifikatlar təqdim olunub.

 

 

Keçidlər