LƏNKƏRANDA ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNUB
22 noyabr 2017 | 16:00
Noyabrın 22-də Lənkəranda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub.
Bununla əlaqədar şəhərin Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Gülqoyma mərasimində Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Sonra bayram tədbiri Rayon Məhkəməsində davam etdirildi.