Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Zaqatala, Balakən, Qax, Yevlax, Şuşa, Zəngilan, Bakının Nizami, Binəqədi, Sabunçu və Nərimanov rayonlarının məktəbliləri Lənkəranda

16 noyabr 2017 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların növbəti mərhələsinə start verilib. Tur-aksiyanın Zaqatala, Balakən, Qax, Yevlax, Şuşa, Zəngilan, Bakının Nizami, Binəqədi, Sabunçu və Nərimanov rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 16-da axşam saatlarında Lənkərana gəliblər.
  Aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
    Heydər Əliyev Xatirə Parkında məktəblilər qarşısında çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışaraq cənub bölgəsinə səyahətə gəlmiş məktəblilərə xoş arzularını çatdırıb.
   Daha sonra məktəblilər Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
    Məktəblilər və onların müəllimləri Lənkərandakı “Şah Saray”, “Qafqaz Sahil” “Lux” hotellərində, “Palıdlı Sahil”  və “Palmalife” istirahət mərkəzlərində yerləşiblər.
     Şam yeməyindən sonra onlar müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.
    Qeyd edək ki, maarifləndirici tur-aksiyanın iştirakçıları dörd gün ərzində cənub bölgəsinə səyahət zamanı Lənkəran və qonşu rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələrlə yaxından tanış olacaqlar.

 

 

 

 

 

 

 

Keçidlər