Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Yer kürəsini uşaqlar üçün qoruyaq!” adlı tədbir keçirilmişdir.

02 noyabr 2017 | 16:00

Noyabrın 2-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində  “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Yer kürəsini uşaqlar üçün qoruyaq!”  adlı tədbir keçirilmişdir.
   Rayonun müxtəlif ümumtəhsil məktəblərindən şagird və müəllimlərin  iştirak etdiyi tədbiri Mərkəzin baş mühafizi Aygün İbrahimova giriş sözü ilə açaraq, uşaq hüquqlarının yaranması tarixi, BMT-nin “Uşaq Hüquqları” konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, hazırda ölkəmizdə uşaq problemlərinin həlli, onların  hüquqlarının qorunması və inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti, bu gün  möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
  Daha sonra tədbirdə müəllim və şagirdlərin fikirləri dinlənilmişdir. Çıxış edənlər bu gün uşaqların əsl şəxsiyyət və vətəndaş kimi formalaşmasında ailə, dövlət və cəmiyyətin üzərinə düşən böyük məsuliyyətdən bəhs etmiş və bu cür tədbirlərin təşkilinin uşaqların hüquqlarının təmin edilməsində, onların qayğı ilə əhatə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında əhəmiyyətini bir daha vurğulamışlar.
  Tədbirin sonunda məktəblilərin təsviri və tətbiqi sənət nümunələrindən ibarət əl işlərinin sərgisi və Azərbaycanda dövlət uşaq siyasətini əks etdirən videoçarx nümayiş olunmuşdur.

 

 

 

Keçidlər